Azərbaycanda bu qaydalar dəyişdi – Əli Əsədovdan QƏRAR

Admintrator
Oxunma vaxtı:55 Saniyə

Nazirlər Kabineti 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu Qaydanın məqsədləri üçün vergi inzibatçılığı dedikdə vergilərin dövlət büdcəsinə tam və vaxtında yığılmasını təmin etmək məqsədilə vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlbetmə, vergilər üzrə borcların alınması və artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı həyata keçirilən tədbirlər başa düşülür.

Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaları (azalmalar) beynəlxalq təcrübə nəzərə alınmaqla, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il protokolla təsdiq edərək proqnozlaşdırır.

“Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasının daha da təkmilləşdirilməsi üçün bir sıra dünya ölkələrinin mövcud təcrübələri nəzərə alınaraq əlavələr edilibr. Hər bir tədiyə növü üzrə daxilolmaların hesablanması üçün metodlar ətraflı təsvir edilib, həmçinin Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan əlavə və dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaların dövlət büdcəsinin gəlirlərinin proqnozunda nəzərə alınması barədə müddəalar öz əksini tapıb”, – deyə Nazirlər Kabinetinin açıqlamasında qeyd olunub.

 181 total views

Next Post

Ankarada güclü fırtına: Məscidlərin minarəsi uçdu, bir nəfər yaralandı

Ankarada güclü leysan yağışları yağıb və fırtına olub. Leysan yağışları nəticəsində küçələri su basıb, evlərin damı uçub, ağaclar aşıb. Fırtına nəticəsində iki məscidin minarəsi uçub. Minarənin parçasının qopması nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Güclü fırtına nəticəsində damlardan qopan parçalar avtomobillərə ziyan vurub.  182 total […]