Sərnişinin vəziyyəti pisləşdi – Təyyarə təcili eniş etdi

Admintrator
Oxunma vaxtı:21 Saniyə

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə AZAL-dan bildirilib.

“Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək”, – məlumatda deyilir.

 148 total views

Next Post

İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb. Dogrusoztv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.  Girovun məbləği açıqlanmayıb.  Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar […]