İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı

Admintrator
Oxunma vaxtı:25 Saniyə

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.

Dogrusoztv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb. 

Girovun məbləği açıqlanmayıb. 

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar ailəvi “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.

 153 total views

Next Post

Naxçıvana hərbi prokuror təyin edildi

Naxçıvana hərbi prokuror təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Aqil Axundova Naxçıvan hərbi prokurorunun vəzifəsinin icrası həvalə olunub. Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.  154 total views