İlham Əliyev Ərdoğanı təbrik etdi

Admintrator
Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

 394 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Quba və Qusara qar yağdı

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.  Xınalıq kəndində qarın hündürlüyü 2-3 santimetrə çatır. Hazırda qar yağmaqda davam edir.  395 total views