Avtobuslarda gediş haqqı artacaq? – Rəsmi AÇIQLAMA

Admintrator
Oxunma vaxtı:45 Saniyə

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda gediş haqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BNA-nın mətbuat katibi Mais Ağayev “Trend”ə bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.
“Bu məsələ hazırda müzakirə mövzusu deyil”, – deyə o qeyd edib.

Qeyd edək ki, Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minib.

 155 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Dövlət başçısı Ərəb Parlamentinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.  156 total views