Türkiyədə seçkilərin ilkin nəticələri – Ərdoğan irəlidədir+Canlı

Admintrator
Oxunma vaxtı:48 Saniyə

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib.

Belə ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səslə irəlidədir.

35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,21 faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə üçüncüdür.


Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 27,09 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,92 faiz səslə öndədir.

İkinci yerdə 40,11 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə 5,41 faiz səslə Sinan Oğan qərarlaşıb.


Hazırda səsvermə bülletenlərinin 32,26 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,37 faiz səslə öndədir.

İkinci yerdə 40,68 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə 5,39 faiz səslə Sinan Oğan qərarlaşıb.

 167 total views

Next Post

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın […]