Şəhid Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir

Admintrator
Oxunma vaxtı:21 Saniyə

Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. 

Hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Əldə etdiyimiz məlumata görə, şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. 

 27 total views

Next Post

Müdafiə Nazirliyi şərti sərhəddəki son vəziyyəti AÇIQLADI

Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli […]