“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

Admintrator
Oxunma vaxtı:28 Saniyə

“WhatsApp” mesenceri növbəti yeniləmə ilə istifadəçiləri sevindirib. Belə ki, mesencerə bir neçə faydalı funksiya əlavə edilib.

Hazırda bu yeniliklər “iOS” smartfonlarının sahibləri üçün əlçatandır.

Yenilənmələr ilk növbədə sorğu sisteminə aiddir. Artıq sorğunu elə konfiqurasiya etmək olar ki, istifadəçi yalnız bir cavab seçə bilsin. Hər yeni səsdən sonra cihaza bildiriş göndəriləcək.

Dəyişikliklər, həmçinin söhbətlərdə şəkil və videoların ön izləmələrinə də təsir edib. Yeni interfeys sayəsində istifadəçi yükləmənin nə vaxt başladığını və nə vaxt bitdiyini görə bilər. Əvvəllər yükləmə göstəricisi görünmürdü.

Bundan əlavə, iOS-da “WhatsApp” istifadəçiləri fotoşəkillərdən öz stikerlərini hazırlamaq imkanı əldə ediblər.

 195 total views

Next Post

Argentinada Ümummilli Liderin 100 illik yubileyi qeyd edilib

Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən paytaxt Buenos-Ayres şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Argentinanın ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Rəmzi Teymurov tədbiri açaraq, müstəqil Azərbaycanımızın banisi Heydər Əliyevin həyatı […]