Məşhur aparıcı “Fox News”a müharibə elan etmək niyyətindədir: İlon Maskla iş quracaq?

Admintrator
Oxunma vaxtı:32 Saniyə

“Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson telekanala müharibə elan etməyə hazırlaşır.

Karlson Prezident Co Baydenin hökumətinin fəaliyyətini tənqid etməsi ilə tanınır. Hazırda o, özünün “media imperiyası”nı yaratmağı planlaşdırır. Lakin bu məqsədinə çatmaq üçün Taker Karlson “Fox News” ilə 2025-ci ildə başa çatacaq müqaviləsindən qurtulmalıdır.

Bəzi nəhəng Amerika KİV-i artıq Karlsona əvvəlki işindən daha yüksək maaşla müqavilə bağlamağı təklif edib. Həmçinin məlumata görə, “Fox News”un keçmiş aparıcısı sahibkar İlon Maskla birgə iş imkanı barədə müzakirələr aparıb.

Xatırladaq ki, aprelin sonunda “Fox News” qarşılıqlı razılaşma əsasında Taker Karlsonun kanaldan ayrıldığını elan edib. Bundan sonra isə telekanalın reytinqi kəskin şəkildə aşağı düşüb.

Mənbə: News.ru

 184 total views

Next Post

Ermənistan Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutur

Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tuturlar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.  185 total views