İŞİD-in Türkiyə valisi yaxalandı – FOTO

Admintrator
Oxunma vaxtı:18 Saniyə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriya ilə axtarışda olan İŞİD-in Türkiyədəki keçmiş valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb.

Aparılan xüsusi əməliyyat nəticəsində yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib.

Varişin Türkiyədə İŞİD-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəli olduğu müəyyən edilib.

 175 total views

Next Post

Ermənistan MN yaralılarının ilkin sayını AÇIQLADI

Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb. Bu barədə Ermənistanın Müdafə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.  176 total views