Argentinada Ümummilli Liderin 100 illik yubileyi qeyd edilib

Admintrator
Oxunma vaxtı:50 Saniyə

Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən paytaxt Buenos-Ayres şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Argentinanın ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Rəmzi Teymurov tədbiri açaraq, müstəqil Azərbaycanımızın banisi Heydər Əliyevin həyatı və dövlətçilik ənənələrimizin formalaşdırılmasında əvəzsiz rolu barədə danışıb.

Tədbirin gedişində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifasında Müslüm Maqomayevin “Azərbaycan”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sənə də qalmaz” kimi mahnılar, “Bayatı-Şiraz” muğamı, habelə Azərbaycan, Avropa və Argentina bəstəkarlarının əsərlərindən səsləndirdiyi nümunələr iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda ispan dilində hazırlanmış və Ümummilli Liderin həyatına həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” (La estrategia del Gran líder Heydar Aliyev para construir un estado nacional y un desarrollo moderno) adlı jurnal iştirakçılara paylanılıb.

 169 total views

Next Post

Məşhur aparıcı “Fox News”a müharibə elan etmək niyyətindədir: İlon Maskla iş quracaq?

“Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson telekanala müharibə elan etməyə hazırlaşır. Karlson Prezident Co Baydenin hökumətinin fəaliyyətini tənqid etməsi ilə tanınır. Hazırda o, özünün “media imperiyası”nı yaratmağı planlaşdırır. Lakin bu məqsədinə çatmaq üçün Taker Karlson “Fox News” ilə 2025-ci ildə başa çatacaq müqaviləsindən qurtulmalıdır. Bəzi nəhəng Amerika KİV-i artıq […]