Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.Paylaşımda deyilir: “Heydər Əliyevin nurlu xatirəsinə 10.05.2023. Şuşa. Əsrarəngiz və bənzərsiz Şuşa. Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir. Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma […]