Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu

Admintrator
Oxunma vaxtı:24 Saniyə

Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.

 173 total views

Next Post

Heydər Əliyev və xanımı da Şuşada - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Şuşa şəhərinə səfər ediblər. İlk dəfə Şuşaya Prezidentin oğlu Heydər Əliyev də öz xanımı ilə gəlib.  174 total views