Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyuldu

Admintrator
Oxunma vaxtı:33 Saniyə

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Dövlət başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyub.

 172 total views

Next Post

Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu

Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Dövlət başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol […]