İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Admintrator
Oxunma vaxtı:39 Saniyə

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ümummilli liderin xatirəsini dərin hörmətlə yad ediblər.

Sonra dövlətimizin başçısı, birinci vitse-prezident və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

 199 total views

Next Post

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası […]