Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

Admintrator
Oxunma vaxtı:34 Saniyə

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.

Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədirlər.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.

9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunurlar.

 147 total views

Next Post

Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib. Bununla bağlı Birinci vitse-prezident sosial şəbəkədə paylaşım edib. “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram!” – paylaşımda deyilir.  148 total views