SON DƏQİQƏ! Dünyanın gözü Qırmızı Meydanda – Putindən İLK MESAJ

Admintrator
Oxunma vaxtı:34 Saniyə

9 May Qələbə Günü münasibətilə Moskvada hərbi parad başlayıb. Son illərin “ən gərgin qələbə bayramı” üçün bu səhər minlərlə insan Qırmızı Meydana axışıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu mərasimə 10 mindən çox insanın qatıldığını, 125 ədəd müxtəlif silah və texnikanın nümayiş olunduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda verdiyi açıqlamada Rusiyanın “əsl müharibə” apardığını vurğulayıb.

Putin dünyanın “dönüş nöqtəsində” olduğunu, Rusiyaya qarşı müharibə başladıldığını iddia edib:

“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı müharibə başladılıb”.

Rusiyanı qalib olmağa çağıran Putin, “Rusiya üçün, silahlı qüvvələrimiz üçün, qələbə üçün! Yaşasın” dedi.

Bu gün hərbi paradda Putini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Belarus liderləri, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan müşayiət edir.

 225 total views

Next Post

Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyuldu - FOTO

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü […]