Naxçıvanın mədəniyyət naziri işdən çıxarıldı

Admintrator
Oxunma vaxtı:18 Saniyə

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.

Xatırladaq ki, N. Qədimova bu vəzifəyə 2018-ci il aprelin 24-də təyin olunmuşdu.

 172 total views

Next Post

Putin MDB liderlərini təbrik ETDİ

Mayın 9-dan əvvəl Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarına və xalqlarına təbriklər göndərib. Bu barədə məlumat Kremlin saytında dərc olunub. O cümlədən, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına müraciətlər göndərilib. Mesajlarda Ukraynanın adı çəkilməyib.   173 total views