İki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxdı

Admintrator
Oxunma vaxtı:36 Saniyə

Vətən müharibəsində iki ayağını da itirmiş qazi Polad Rzayev ulu öndər Heydər Əliyevin adını daşıyan zirvəyə qalxıb.

Bu barədə o, instaqram hesabında paylaşım edib.

P.Rzayev ulu öndər Həydər Əliyevin 100 illik yubileyi münasibətilə zirvəyə qalxdığını bildirib:

“Mən 1-ci Qarabağ müharibəsi şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi Polad Rzayev bu zirvəyə gəlişimi bütün şəhid qardaş-bacılarıma həsr edirəm.

Eyni zamanda mən bura təkcə Polad adından deyil bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi Heydər Əliyev zirvəsindən bütün qazilər adından üzümü həm Azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan keçərək bütün zirvələri qət etməyə hazırıq”.

 28 total views

Next Post

Naxçıvanın mədəniyyət naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb. Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib. Xatırladaq ki, N. Qədimova bu vəzifəyə […]