Baş Prokurorluq XƏBƏRDARLIQ ETDİ

Admintrator
Oxunma vaxtı:48 Saniyə

Baş Prokurorluq media subyektlərinə xəbərdarlıq edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan xəbərdarlıqda deyilir:

“Xəbər verildiyi kimi, mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Təəssüflə bildiririk, Media haqqında Qanunun 14.1.8-ci maddəsinə əsasən şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib.

Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”.

 182 total views

Next Post

Mehriban Əliyeva Şuşa yolundan PAYLAŞIM ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şuşaya səfər ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa səfərindən paylaşım edib: “Viaduklar, tunellər — Şuşa yolunun yeni görkəmi. 08.05.2023” deyə qeyd edib.  183 total views