SON DƏQİQƏ! Türkiyə səfirinə SİLAHLI HÜCUM edildi

Admintrator
Oxunma vaxtı:33 Saniyə

Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.

Dogrusoztv.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, səfirin avtomobili atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xatırladaq ki, aprelin 15-də Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələri (RSF) arasında döyüş başlayıb və nəticədə ölkədə daxili qarşıdurma yaranıb. Tərəflər bu müddət ərzində bir-birinin ardınca elan etdikləri atəşkəs qərarlarının heç birinə əməl etməyiblər. İndiyədək ölkədə 700 nəfər ölüb. Aprelin sonunda elan edilən atəşkəsdən sonra xarici dövlətlər öz vətəndaşlarını təxliyə etməyə başlayıb. Birləşmiş Millətlər Təşkilatının humanitar əlaqələr qurumları ölkədəki fövqəladə vəziyyətə diqqət çəkib.

6456312186b2455c7c2e31aa.jpg (41 KB)

 363 total views

Next Post

Əlillik dərəcəsi almaq istəyən idmançı nazirlik əməkdaşını döydü - VİDEO

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. Bu barədə məlumatı Dövlət Tibbi Sosial Ekspertiza […]