Siyavuş Aslanın oğlunun dəfn yeri məlum oldu – YENİLƏNİB

Admintrator
Oxunma vaxtı:53 Saniyə

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq.

Qeyd olunub ki, məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib.


Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.

Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.

22:43

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan vəfat edib.

O, bir neçə gün öncə dünyasını dəyişib.

Çingiz Aslanın nəşi hazırda Sabunçu rayonundakı Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyindədir.

Qeyd edək ki, Çingiz Aslan spirtli içki alüdəçisi idi.

 212 total views

Next Post

SON DƏQİQƏ! Türkiyə səfirinə SİLAHLI HÜCUM edildi

Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub. Dogrusoztv.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Bildirilir ki, səfirin avtomobili atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Xatırladaq ki, aprelin 15-də Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələri (RSF) arasında döyüş başlayıb və nəticədə ölkədə daxili qarşıdurma yaranıb. Tərəflər bu müddət ərzində bir-birinin ardınca elan […]