Axtarışda olan şəxs polis əməkdaşlarına xəsarət yetirdi

Admintrator
Oxunma vaxtı:25 Saniyə

Bakının Xəzər rayonunda ruhi əsəb xəstəsi 2 polisə xəsarət yetirib.

Hadisə Şüvəlan qəsəbəsində baş verib.

Reklamınızı SmartBee ilə effektiv edin.

Belə ki, ruhi əsəb xəstəsi olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları – 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa ruhi əsəb xəstəsi qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.

APA

 272 total views

Next Post

DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib. Qurumdan verilən məlumata görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini […]