“Anadolu Qartalı – 2023”dən növbəti – Video

Admintrator
Oxunma vaxtı:33 Saniyə

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər.

Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib.

Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.
Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib.
Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.

 203 total views

Next Post

Bakıda 36 yaşlı turist qəfil öldü

Bakıda qonaq olan hindistanlı turist qəfl vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib. Faktla bağlı araşdırma aparılır.  204 total views