Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Admintrator
Oxunma vaxtı:32 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2023-05/1683269340_64549a84ceb6b64549a84ceb6c168326618064549a84ceb6964549a84ceb6a-1.jpg[/img][/center]

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

 30 total views

Next Post

İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. Dövlətimizin başçısına və Birinci vitse-prezident Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban […]