Rusiyalı nümayəndə Ankaradakı davadan sonra xəstəxanaya yerləşdirildi

Admintrator
Oxunma vaxtı:38 Saniyə

Xəbər verdiyimiz kimi, dünən Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammiti çərçivəsində insident qeydə alınıb.

Rusiya və Ukrayna təmsilçiləri arasında olan davadan sonra rusiyalı nümayəndə xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Səfirlik qeyd edib ki, Ukrayna nümayəndələri iki dəfə Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd ediblər.

Bu, ölkə parlamentlərinin spikerlərinin görüşü zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Olqa Timofeyevanın çıxışı zamanı baş verib.

Türkiyə parlamentinin sədri Mustafa Şentop Timofeyevanın çıxışına mane olmamağa çalışaraq, Rusiya əleyhinə şüarlar səsləndirən, Ukrayna bayrağını dalğalandıran etirazçıları iclas zalından çıxarmaq istəyib. Bundan sonra Rusiya Dövlət Dumasının deputatı çıxışına davam edib, lakin mübahisə zaldan kənarda davam edib və orada Rusiya nümayəndə heyətinin üzvlərindən birinin Ukrayna bayrağını ərazidən çıxarmağa cəhd etməsindən sonra dava düşüb.

 26 total views

Next Post

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş pul nişanları buraxıldı

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qaızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan […]