İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər

Admintrator
Oxunma vaxtı:46 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezident Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezident Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.

 33 total views

Next Post

Rusiyalı nümayəndə Ankaradakı davadan sonra xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, dünən Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammiti çərçivəsində insident qeydə alınıb. Rusiya və Ukrayna təmsilçiləri arasında olan davadan sonra rusiyalı nümayəndə xəstəxanaya yerləşdirilib. Bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. Səfirlik qeyd edib ki, Ukrayna nümayəndələri iki dəfə Rusiya nümayəndə […]