Blinken Azərbaycan-Ermənistan danışıqları barədə şərh verdi – FOTO

Admintrator
Oxunma vaxtı:28 Saniyə

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan görüşlərdən bəhs edib.

Bu barədə o “Twitter” səhifəsində qeyd edib.

“Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etməkdən şərəf duydum. Əldə olunmuş irəliləyişdən məmnunam və razılığın əldə olunmasına nikbin yanaşıram”, – Blinken qeyd edib.
Xatırladaq ki, 2023-cü il 1-4 may tarixində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

 28 total views

Next Post

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

[center][img]https://azadmedia.az/uploads/posts/2023-05/1683269340_64549a84ceb6b64549a84ceb6c168326618064549a84ceb6964549a84ceb6a-1.jpg[/img][/center] Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk […]