“Xaqocan” ləqəbli tiktoker həbs edildi – Rəsmi

Admintrator
Oxunma vaxtı:33 Saniyə

“Tik-Tok” sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Dogrusoztv.azın sorğusuna cavab olaraq bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: “Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, Xəqani Hüseynov sosial mediada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.

 279 total views

Next Post

Ceyhun Bayramov və Mirzoyanın ABŞ-dakı müzakirələri bu gün başa çatır

ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir. Görüş ABŞ diplomatiyasının rəhbərinin iş qrafikinə daxil edilib. Bu görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun […]