Ukraynaya kütləvi hücum: İki azərbaycanlı yaralandı, 650 Rusiya hərbçisi öldürüldü – VİDEO

Admintrator
Oxunma vaxtı:40 Saniyə

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə bütün ölkə boyu hava hücumu olub.

“20-yə qədər “Şahid” dronu Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilsə də, Kiyevin Podolsk və Şevçenko rayonlarında küçələrdəki maşınlar zərər görüb”, – deyə M.Aslanov əlavə edib.

Həmçinin qeyd edilib ki, Xerson şəhərinə edilən artilleriya hücumları daha ciddi nəticələrə səbəb olub:

“Dneprin sol sahilindən açılan artilleriya atəşləri nəticəsində şəhərdə böyük dağıntı olub. Bir gecədə 23 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb. Hücum nəticəsində küçə alveri ilə məşğul olan Həsən və Araz adlı azərbaycanlılar da ağır yaralanıblar”.

O da bildirilib ki, Donbas və Xersonda “Vaqner” hərbçilərinin və separatçıların hücum cəhdinin qarşısını alan Ukrayna Ordusu bir gecədə 650 hərbçini məhv edib.

 336 total views

Next Post

Barəsində cinayət işi açılan rəis İŞDƏN ÇIXARILDI

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində kadr dəyişikliyi olub. “Unikal”ın əldə etdiyi məlumata görə, “Azərterminalkompleks”in Kommersiya şöbəsinin rəisi Xosrov Vahabzadə işdən çıxarılıb. Onun vəzifəsinin icrası Emin Xanbabayevə havalə olunub. Qeyd edək ki, Xosrov Vahabzadə barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılıb.  337 total views