Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

Admintrator
Oxunma vaxtı:24 Saniyə

Bakıda vəzifəli şəxs intihara cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə İçərişəhərdə – Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.

Tikinti şirkətlərindən birinin direktor müavini, 1982-ci il təvəllüdlü R.Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

Araşdırmalar davam etdirilir.

 274 total views

Next Post

Ukraynaya kütləvi hücum: İki azərbaycanlı yaralandı, 650 Rusiya hərbçisi öldürüldü - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə bütün ölkə boyu hava hücumu olub. “20-yə qədər “Şahid” dronu Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilsə də, Kiyevin Podolsk və Şevçenko rayonlarında küçələrdəki maşınlar zərər görüb”, – deyə […]