Artıq bir milyondan çox Türkiyə vətəndaşı xaricdə səs verib

Admintrator
Oxunma vaxtı:28 Saniyə

Mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərində səsvermə başlayandan (aprelin 27-dən) bu yana bir milyondan çox Türkiyə vətəndaşı xaricdəki seçki məntəqələrində səs verib.

Bu barədə çərşənbə günü axşam Ali Seçki Qurumu məlumat yayıb.

“Mayın 3-ü yerli vaxtla saat 21:30-a olan məlumata görə xarici nümayəndəliklərdə və nəzarət-buraxılış məntəqələrində seçicilərin sayı 1 milyon 7 min 165 nəfər təşkil edib”, – qurumdan bildirilib.

Qeyd olunur ki, 3,4 milyon Türkiyə vətəndaşı xaricdə səs verə biləcək, onlardan 277,6 mini ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə mayın 9-dək davam edəcək.

 30 total views

Next Post

Səfir “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nda - Fotolar

Rumıniyanın Azərbaycandakı səfiri Vasile SOARE və səfirliyin nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də olub.Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqlara Liman ərazisində infrasrtukturla, limanın texnikaları ilə, körpülərdə və limanda yük daşımaların logistikası ilə tanış edib. Limanın baş direktoru qonaqlarla görüş keçirərək nümayəndə heyətinə limanın fəaliyyəti haqqında hazırlanmış video […]