Ərdoğan: “İyul ayında işçilər və təqaüdçülərin rifahını daha da yüksəldəcəyik”

Admintrator
Oxunma vaxtı:26 Saniyə

“İyul ayında həm inflyasiya fərqini, həm də rifah payını nəzərdə tutan yeni dəyişikliklərlə işçilərimizin və təqaüdçülərimizin həyatını daha da asanlaşdıracağıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda mitinqdə çıxışı zamanı deyib.

“Yüksək qiymət və bahaçılıqla bağlı problemlərin öhdəsindən yenə biz gələcəyik. İnflyasiya keçən aydan etibarən 43 faizə düşüb. Ümid edirəm ki, hər ay bu şəkildə azalmağa davam edəcək”, – deyə Ərdoğan qeyd edib.

“Ölkəmizin, millətimizin və övladlarımızın işıqlı gələcəyi üçün mayın 14-də Türkiyə Yüzilliyi ətrafında bir araya gələk”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Mənbə: Anadolu

 295 total views

Next Post

İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib. Dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli […]