Prezident: “Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək”

Admintrator
Oxunma vaxtı:27 Saniyə

“Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Bu, istər hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.

 201 total views

Next Post

Paşinyan: “Ermənistanın ərazi iddiası yoxdur və olmayacaq”

Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur və olmayacaq. Bu barədə çərşənbə günü ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq da. Əks halda, dörd tərəfdən bizim dövlətçiliyimizə son qoymaq üçün hər şeyi edəcəklər”, […]