Prezident və birinci xanım Ağdama GETDİ

Admintrator
Oxunma vaxtı:22 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Daha sonra dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

 93 total views

Next Post

Ağdam Muğam Mərkəzinin təməli qoyuldu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfərləri zamanı Ağdam Muğam Mərkəzinin təməlini qoyublar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  94 total views