Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək uzadıldı

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Tibbi maskaların istehsalı məqsədilə ölkəyə gətirilən kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallara tətbiq edilən güzəştin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliklə güzəşt müddəti 31 dekabr 2030-cu il tarixinədək artırılıb.

Qərarda bildirilib ki, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 2030-cu ilədək 15 faiz idxal gömrük rüsumundan azad edilir.

İndiyə qədər bu müddət 2024-cü ilədək nəzərdə tutulmuşdu.

Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Loading

Next Post

"Sülh müqaviləsi bu halda reallaşacaq" - Paşinyan

“Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.O, regionda sabitliyin Qərblə Rusiya arasında konsensusa çevrilmə ehtimalını deyib: “Cənubi Qafqazın özü böyük bir kəsişmədir və burada Ermənistan və Gürcüstanın […]