Tanınmış meyxanaçı “bomj” həyatı yaşayır – VİDEO

alfonsonri

Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır. Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib. 17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır. Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. O, […]

Oxunma vaxtı:34 Saniyə

Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.

Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır.

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır.

O, mərhum meyxanaçı Vüqar Biləcəri ilə bağlı xatirələrini də bölüşüb: “Ölməmişdən 3-4 ay əvvəl maşınla gedirdik. Füzuli meydanından keçəndə düşdük, şairin ruhuna Yasin oxuyub, baş əydi. Ona dedilər ki, ay Vüqar, daşa baş əyirsən? Vüqar dedi ki, onun sənətinin qabağında baş əyirəm”.

E.Binəqədi mərhum meyxanaçının məzarını tez-tez ziyarət etdiyini deyib.

Ətraflı verilişi təqdim edirik:

Loading

Next Post

Murovdağ tunelinin inşasından yeni GÖRÜNTÜLƏR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir. Bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən […]