İlham Əliyevin Qazaxıstan səfərində hansı razılıqlar əldə olundu?

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində bir sıra razılıqlar əldə olunub.

Dogrusoztv.az xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

Ticarət naziri qeyd edib ki, Azərbaycandan Qazaxıstana gətirilən meyvə-tərəvəz məhsullarının həcmi artırılacaq: “Mən meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılmasını təklif etdim, çünki Manqistau və Atırau vilayətlərində çatışmazlıq var. Həmçinin, biz indi kapitalın Aktaudakı terminal anbarına və ya ticarət obyektlərindən birinə çıxışı məsələsini nəzərdən keçiririk”.

Jumanqarin Azərbaycanla Qazaxıstan arasında 25-30 milyon dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığın olduğunu açıqlayıb: “Biz qənnadı məmulatlarının, akkumulyatorların tədarükü ilə bağlı müqavilələr imzaladıq və uzun fasilədən sonra transformatorlarımız Azərbaycan bazarına qayıdır”.

Loading

Next Post

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, […]