İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi – YENİ TƏYİNAT

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib.

Dogrusoztv.az bizim.media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib.

O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib.

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.

Loading

Next Post

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin 11 apreldə keçiriləcək iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). […]