Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

alfonsonri
Oxunma vaxtı:46 Saniyə

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin təmsil olunduğu 5 komanda Türkiyənin ən böyük Aviasiya, Kosmik və Texnologiya Festivalı olan “Teknofest”in final mərhələsinə vəsiqə qazanıb. Bununla da BANM Festivalda Azərbaycanı ən çox komanda ilə təmsil edən ali məktəb oldu.

“ForestBerg”, “Yıl 2020”, “GreenPack” komandaları Festivalın “Ətraf mühit və enerji texnologiyaları”, “Əkinçi” komandası “Kənd təsərrüfatı texnologiyaları”, “Zəngəzur” komandası isə “Maneəsiz yaşayış texnologiyaları” kateqoriyasında mübarizə aparacaq.

“ForestBerg” komandasının elmi rəhbəri Əmir Rza Vəxşuri (BANM-in Kimya mühəndisliyi kafedrasının müdiri), “Yıl 2020”nin İlkin Balazadə (BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi), “GreenPack”in İnci Mirzəzadə (BANM-in Kimya mühəndisliyi kafedrasının böyük laborantı), “Əkinçi”nin Farad Kamyabi (BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri), “Zəngəzur”un Aygül Musayevadır (BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi).

Eyni zamanda, “Teknofest”in finalına vəsiqə qazanan “Azerbaijan Engineers Union” komandasında Bakı Ali Neft Məktəbinin tələbələri də təmsil olunur.

“Teknofest” Türkiyə Festivalı aprel-may aylarında Türkiyədə baş tutacaq.

Loading

Next Post

"İnsan nə qədər abırsız olmalıdır ki..." - Deputat De Byaziyə qəzəbləndi

“Milli komandanın oyunçularının hamısı yerli adamlar olmalıdır”. Bunu “Unikal”a açıqlamasında deputat Aqil Abbas deyib. O bildirib ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi özündən razıdır: “Dünən utanmadan deyir ki, yaxşı oynadıq. İnsan nə qədər abırsız olmalıdır ki, 5:0 hesabı ilə məğlub olandan sonra yaxşı oynadıqlarını desin. Futbol çətin məsələdir. […]