İcma sözçüsü: “Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar”

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub.

O, bununla bağlı deyib: “Sakinlərin yaşadıqları ölkəyə inteqrasiyası sülhün şərtidir və bu, hər vəchlə təşviq olunmalıdır. Öz evlərində yaşayan Qarabağ erməniləri ilə müqayisədə qat-qat ağır vəziyyətdə olan Qərbi azərbaycanlılar ağrılı tarixi keçmişə baxmayaraq, reinteqrasiyaya və dinc yanaşı yaşamağa, barışığa razıdırlar.

Ermənistan hökumətinin evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını təmin etmək və bizim konstruktivliyimiz nümunəsində Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya çağırmaq əvəzinə bu cür mövqe tutması riyakarlıqdır. A.Qriqoryan və Ermənistan hökumətinin digər rəsmiləri bilməlidirlər ki, insan hüquqları məsələsində onların ilk vəzifəsi o ölkənin qanuni sakinləri olan, evlərindən qovduqları azərbaycanlıların qayıdışına şərait yaratmaqdır”.

AZƏRTAC 

Loading

Next Post

<strong>Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA</strong>

Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə… Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin […]