Türkiyədəki Heydər Əliyev parkı köçürülür – AÇIQLAMA

Admintrator
Oxunma vaxtı:36 Saniyə

Türkiyənin Iğdır bölgəsindəki Heydər Əliyev parkı yaxın aylarda yenidən qurulacaq. 

Məsələ ilə bağlı “Unikal”a açıqlamasında Iğdır bələdiyyə başçısının müavini Ferdi Turan bildirib ki, parkla birlikdə Heydər Əliyevin heykəlinin də başqa bir əraziyə köçürülməsi planlaşdırılır. 

“Hazırda bizim bələdiyyə binasını da başqa bir yerə köçürməyi düşünürük. Heydər Əliyev parkı da yenidən salınacaq və genişləndiriləcək. Hazırda parkın ərazisi 4 hektardır. Biz onun ərazisini 6 hektar etməyi düşünürük. Sözegedən layihəni həyata keçirmək üçün bir neçə şirkət müraciət etdi. Biz onları nəzərdən keçirdiyimiz üçün işlər ləngidi. Amma sonda TOKİ ilə razılaşdırıldı. Bu gündən etibarən parkda təmizlik və köçürmə işlərinə başlanılıb”, – deyə Turan qeyd edib.  

Onu da deyək ki, şəhərdəki Heydər Əliyev parkının yararsız vəziyyətə düşməsi haqqında sosial şəbəkədə görüntülər yayılıb. 

 186 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bəzi xidmət haqlarının məbləği müəyyənləşdi - QƏRAR

“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği” təsdiq edilib.  Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.  Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Həmin xidmət haqlarının məbləğləri ilə buradan tanış ola bilərsiniz.  187 total views