Günün havası – Yağmursuz, 18 dərəcə isti…

Admintrator
Oxunma vaxtı:31 Saniyə

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında bu gün hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

 126 total views

Next Post

<strong>Bayden Trampı ABŞ-ın gələcək prezidenti adlandırdı</strong>

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı ölkənin “gələcək prezidenti” adlandırıb. Dogrusoztv.az xəbər verir ki, Bayden bu barədə Filadelfiyada keçirilən tədbirdə danışıb. “Yəqin ki, xatırlayırsınız, mən bu vəzifə üçün mübarizə apararkən keçmiş prezident və ola bilsin ki, gələcək prezidentlə rəqabət aparırdım”, – o bildirib. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə […]