Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Səadət Bəktaşi həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.
Month: Fevral 2023
Ceyhun Bayramovdan Ermənistana ÇAĞIRIŞ
Ermənistan indi də görüşlərdən boyun qaçırır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. “Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hal-hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”. […]
Qadını təhqir edən sədr müavini İŞDƏN ÇIXARILDI
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidov işdən çıxarılıb. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Seymur Seyidovun qadını təhqir etməsinə dair görüntülər yayılmışdı.
“Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olur” – Nazir
“Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub”. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. “Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi […]
“Bakıda olmaqdan məmnunam” – Lavrov
“Günəşli və qonaqpərvər Bakıda olmaqdan məmnunam”. Bunu Rusiya xarici işlər naziri Azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. Rusiya XİN başçısı Bakıya səfərini təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Lavrov eyni zamanda dünən səfərinin birinci günü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinə görə […]
DYP-dən paytaxt sakinləri və sürücülərə MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların […]
“Mədəniyyət sahəsində çoxlu qüsurların olduğunu görürük” – Nazir əvəzi
“Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu, çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq”. Bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib. “Artıq təyinatımdan iki ay keçib, bu müddət ərzində tam şəkildə mədəniyyət […]
Yaponiya Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etdi
Yaponiya hakimiyyəti Rusiya Federasiyası müdafiə nazirinin müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Viktor Qoremykinə qarşı sanksiyalar elan edib. Bu barədə Yaponiya xarici işlər nazirliyi məlumat yayıb. Sanksiyalar “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov və Rusiya prezident administrasiyasının bir sıra yüksək rütbəli məmurlarına da şamil edilib. Onların arasında Rusiya […]
Bu ərazilərdə su olmayacaq
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 28 fevral 2023-cü il tarixində gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumatı […]
Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir
Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir. Bu, “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Sənəddə qeyd olunan həmin siyahıya şifahi xalq yaradıcılığına aid nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs nümunələrin şifahi, qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəsilə ötürülməsi, ərazi, etnik, dini, […]