Separatçıların atəşi nəticəsində Şuşada mülki şəxs həlak oldu

Hafiz Əliyev

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı həlak olub. “Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, idarənin mənzil-kommunal və təmir xidməti mühəndisi, […]

Ermənilər Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub

Hafiz Əliyev

Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, saat 14:00 radələrində […]

Prokurorluq binasında intihar edən keçmiş polislə bağlı AÇIQLAMA

Hafiz Əliyev

“Mingəçevir şəhər prokurorluğunun binasından özünü ataraq intihar edən Turalə Aslanovanın işi ilə bağlı araşdırma davam etdirilir”. “Report” xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandırarkən Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. Onun sözlərinə görə, bu işlə bağlı çoxsaylı dindirmə aparılır. Qeyd edək ki, iyulun 19-da Mingəçevir […]

“Ot kökü üstə bitər”: Mənsub olduğu nəslin üstün ali keyfiyyətlərini daşıyan gənc idmançı

Hafiz Əliyev

Mayılzadə Əli Raul oğlu 13 yanvar 2009-cü il tarixdə Bərdə şəhərində anadan olub. Hələ 5 il əvvəl Bərdə şəhər 3 saylı tam orta məktəbin 4-cü sinfində oxuyanda Əlinin haqqında məqalə dərc olunmuşdu. Əlaçı kimi şəkli şərəf lövhəsində olmaqla yanaşı, fiziki hazırlığı da güclü olan Əlinin haqqında səkkiz yaşından etibarən məşğul […]

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi yoluna işıq çəkilib – FOTO – YENİLƏNİB

Hafiz Əliyev

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib. APA-nın Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb. Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq “Ağdam-2” yarımstansiyasından çəkilib. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan […]

Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib

Hafiz Əliyev

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə […]

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən şəxs həbs edilib

Hafiz Əliyev

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. APA-nın xəbərinə görə, R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub. Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya təsdiqləyiblər.

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb

Hafiz Əliyev

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.