Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi…

Oxunma vaxtı:31 Saniyə

Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Anım günündə Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır.

Axşam.az qeyd edir ki, Vətən Müharibəsi zamanı hərbçilərimizlə yanaşı 94 dinc, mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Onlardan biri Qurbanovlar ailəsi idi.

Belə ki, Vətən Müharibəsinin ilk günü Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olmuşdular.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

 376 total views

Next Post

Polad Həşimovun anası: "Onlar bizim qəhrəmanlarımızdır"

“Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır”. Oxu.Az xəbər verir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimov deyib. O bildirib ki, artıq iki il keçir, amma bizim üçün yaramız hələ də təzədir: “Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz biz nələr […]