Nazir: “Son zamanlar Laçında Ermənistanda istehsal edilmiş çoxlu sayda mina aşkarlanıb”

Oxunma vaxtı:22 Saniyə

Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

“10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir”, – nazir vurğulayıb.

 348 total views

Next Post

Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ: Sərnişinlərin bəziləri qatarlara buraxılmayacaq - SƏBƏB

Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir. Bakı Metropoliteni də vəziyyəti təsdiq edir. Bəs vəziyyətdən çıxış yolu nədir? Əməkdaşlarımız bunu araşdırıb. Hər gün minlərlə insan metrodan bu vəziyyətdə istifadə edir. Sərnişinlər bildirir ki, son günlər vəziyyət bir qədər dəyişib. […]