Mustafa Şentop Türkiyənin Ermənistanın təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib

Oxunma vaxtı:29 Saniyə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyənin son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

TBMM sədri həmçinin Avropa ölkələrinin bir sıra sahələrdə çətinliklərlə üzləşdiyini vurğulayıb.

“Avropanın qarşıdan gələn qışı çətin keçirəcəyini eşidirik. Ötən gün 2 gün Moldovada rəsmi səfərdə idim. Bildirmək istəyirəm ki, Avropanın narahatlığı yüksək səviyyədədir. Avropada enerji, kənd təsərrüfatı və ərzaq qiymətlərinin artması ilə bağlı ciddi böhran ssenariləri gündəmi zəbt edib. Sənayeçilərimizin və vətəndaşlarımızın bu böhrandan təsirlənməməsi üçün dövlətimiz yüksək məbləğdə subsidiyalar tətbiq edir”, – Mustafa Şentop vurğulayıb.

 350 total views

Next Post

"Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq" - Deputat

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb. Modern.az xəbər verir ki, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb. Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir: “Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin […]