Səfərbərlik Xidmətindən MÜHÜM AÇIQLAMA

Oxunma vaxtı:22 Saniyə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

“Hərbi vəzifəlilər hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması barədə çağırış vərəqələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla məlumatlandırıla bilərlər”, – Səfərbərlik Xidmətindən qeyd edilib.

 441 total views

Next Post

Fransadakı səfirliyimizə hücumla bağlı cinayət işi açıldı

Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə bu barədə Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 18-də bir çox yerli və xarici media resurslarında Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa […]