Oxunma vaxtı:21 Saniyə

Rusiyanın Rostov şəhərində azərbaycanlı taksi sürücüsü güllələnib.

DOGRUSOZTV.AZ lent.az-a istinadən xəbər verir ki, hadisəni kapitan rütbəli hərbçi törədib.

Azərbaycanlı sürücü kapitanı müştəri kimi təyin olunan yerə apararkən söhbət Ukraynada gedən müharibədən düşüb. Sürücü Rusiyanın hərəkətlərini təcavüz adlandırıb, Rusiya ordusunun vəhşiliklərindən danışıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb.

Bu vaxt əsəbləri dözməyən kapitan xidməti tapançasını çıxararaq sürücüyə 4 güllə vurub. Azərbaycanlı yerindəcə ölüb.

Faktla bağlı cinayət işi qaldırılıb.
Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO

Loading

Next Post

Azərbaycanla bağlı bu COVID qadağası aradan qaldırıldı

Yaponiya hökuməti koronavirus pandemiyasına görə Azərbaycan da daxil olmaqla 55 ölkəyə səfər məhdudiyyətlərini yumşaldıb. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, həmin qərar Azərbaycan ilə yanaşı, Ermənistan, Rusiya, İndoneziya, Polşa, Tacikistan, Özbəkistan, Ukrayna, Filippin, Çexiya və digər ölkələri əhatə edir. Əgər əvvəllər XİN-in […]